Həyatı - 9

54-cü günlük hərəkat :
41-42-ci təhsil ili Təbrizdə idim, buda əyalətlər və vilayətlər məclisi və elm Dövləti Hadısəsi ilə Müsadif idi, mərhum Höccətül İslam Ağayi Əli Dəvani demişkən İranın Mübarız rühanılərinin 54 günlük hərəkatı ki, o, adla həmin il kitabad nəşr elədilər, inqilabdan sonrada həmin kitabın geniş forması idi ki, 10 cildillik İran ruhaniyyətinin Nehzəti adı altında tərtib etdilər. Həmin ilin Ramazanın astanasında Marağada idim, Ağayi Fərcamla qərarlaşdırdı ki, Ramazan gecələri üçün Ayətullah Ələvini dəvət edək. Ramazanın 15 ondan bir məktub aldım ki, yazmışdı Ağayi Ələvi ta 10-cu gecəyə kimi vaxt vermədilər. bu üzdən Ağayi Mirzə Kərim Rəhimzadənin sorağına gedib onun razılığını aldım sonra onun göstərişi ilə hərbiçilərdən səs gücləndirici gətirib məscidin üstündə qurdular. Bundan əlavə Xacə nəsir meydanının, Müslül meydadının və Fərmandarlıq meydanının mikrafonlarını da ona qoşdular və hüsniyyədə olan çıxışları yaydılar. İki məsələyə işarə etməyim pis olmaz əvvəla: Marağalıların xoşuna gəlməsədə bu həqiqəti qəbul etmək gərəkdir ki, Təbrizin halı və vəziyyətinin Marağa ilə çox fərqi var. O günlər ki, Sətdarxan və Bağırxan Təbrizdə məşrutiyyət üçün yaxalarını cıranda Marağalılar Hacı Şucauddövlənin zalım və istismarçı hökuməti altında Təbrizə qoşun çəkmişdirlər. İkinicisi də ki, mənimlə Ağayi Fərcan arasında olan fikir ayrılığı bunda idi ki, o, işin mahiyyətindən çox surətinə əhəmiyyəti verirdi. Onun mikrafonda Mirzə Kərimin nə söylədiyi ilə işi yox idi. Əsas məqsədi Hüseyniyyənin proqamının icrası idi. Ağa Mirzə Kərim Rəhimzadə də ordunun qazısı olduğun iddia edirdi. Hər-halda 19-cu gecədə hüseyniyyədə idim ki, Ağayi Rəhimzadə mənbərə getdi. Ağzına nə gəldi deyirdi. Onun bu cümləsi dəqiq yadımdadır ki, deyirdi” necə ki, əla həzrət Muhayun Şəhan şah Arıya Mehr buyurdular ki, mənim üçün bir ovuc kasıb millətə şahlıq və səltənət etmək heç bir iftixar deyildir”. Mən Təbrizdən gəldim hələdə Təbrizin məşhur mənbər əhlinin məsələn: Nəsirzadənin, Əhərinin, İnzabi, Vəhdət, Banabi və Bukainin fəryadları qulağımda cingildəyirdi. Buna görə məclisin xətim olunmasından sonra Ağayi Fərcama dedim, Ağayi Rəhimzadəni dəvət etmək heç yaxşı iş deyil, sabahdan deyəcəm gəlməsin. Allahın bəndəsidə bir söz demədi, səhəri gün günortadan sonra mənbərin nəzirin (mənbər haqqı) paketin içinə qoydum və şəhərin Came məscidinə getdib və mərhum Hacı Mirzə Məhbub Xudainin hücrəsində onu tapdım, çölə çıxmasını xahiş etdim, paketi verdim. Dedi ki, Mövlanə Bu nədi? Dedim bu gecədən day gəlməyin. Dedi ki. şəhərin meri mənə gəlməyimi deyib və tapşırıb səs gücləndiriciləri qursunlar. Paketi onun əlindən aldım və dedim, lap yaxşı mənbərin zəhmət haqqısında şəhərin merindən alarsan və deyərsən ki, mikrafonlarıda kəssinlər. Sizdə gəlməyin gecə saat doqquzda molla Mahmud məscidinə getdim, Ayətullah Ələvinin orada mənbərə getdiyini biliridim. Ağanın söhbəti qurtaran kimi yaxınlaşıb bizim məclisə təşrif gətirmələrin xahiş etdim. Allah rəhmət eləsin alicənablıq edib gəldilər, özünü bir asstdan artıq olan çıxışı ilə mirzə Rəhimin 10 günlük olan xitabələrinə batillik möhürü vurdu, hüseyiniyyənin proqramı sona çatdıqdan sonra, bəzi dostların şiddətli etirazına məruz qaldım, hətta Üstüvar Nəqəvi dedi: nə üçün belə etdiniz? Məndə əsəbləşib acıqla dedim: Sənin dədəvün cibinin pulu ilə buranı saxlamırıq, qoymayacam burada şaha dua edilsin, Fərcam yazıq məni su anbarına çağırıb dedi, Ağacan bu şəxs dövlət məmurudur. Hər halda bəziləridə həmişəlik getdilər. Yadımdadır onlardan biri gedəndə belə dedi: “bu yerdən qan iyi gəlir”

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com