Həyatı - 6

İnqilabi hərakatlarla birgə
Bunlar xatirələrdir. Tarixi insanların əməlləri və xatirələri yaradır, yadımdadı 1342-ci ilin Ramazan ayının 22-ci günü əsr çağı idi. Bəzi dostlarla Marağanın Ağa Muhəmməd Təqi məscidində əyləşmişdik. Bir tələbə gəlib küncdə əyləşdi onunla tanış olduq soruşdum mənbərə gedirsiz (moizə və dini söhbət etmək üçün çıxışlara getmək üçün ) dedi: əlbəttə əgər olsa, dedim o, şərtlə ki, AYƏTULLAH XUMEYININ adını mənbərdə çəkəsiniz, dedi: qəbulumdur. Dedim ki: axşam Əkbər abad Məscidinə gələrsiz, dedi axı tanımıram dedim: cəvanlar hüseyniyyəsin sorağ etsəniz nişan verib göstərəcəklər, xatırladımki,: İmam XUMEYININ həzrətləri 42-ci ilin 15 xordat, aşura hadisəsindən sonra, zindanda idilər. Məhərrəmlikdə və aşuradakı imamın mesajların və əkslərin ilk dəfə olaraq Marağada yayırdım. O, vaxt ki, milli təhlükəsizlik məmurları, bu işin kimlər tərəfindən başlanmasını bildilər, Məhərrəm ayının 13-cü günü bizim evimizi alt-üst etdilər. Amma bir şey tapmadılar. İndiki, o, hadisələrin üzərindən keçmişik tarixi möhür vurulmuş və məndə bir iddia sahibi deyiləm, yəqin edirəm və iddialıyam ki, Marağada AYƏTULLAHUL UZMA XUMEYININ elenların və əkslərin məndən başqa heç kəs yaymamışdır. Allah rəhmət eləsin tacırlərə; çay qutularının içində mərcəi təqlidlərin elanların və əkslərin ölkənin müxtəlif bölgələrinə göndərirdilər. Qayıdaq Ramazanımn 13-cü gecəsini hekayəsinə, nəhayət cənab Höccətül Islam Mirzə Əziz Nəmərvəri gəldi çıxdı mənbərə İman həzrətlərində mübarək ismin üç dəfə çəkdi, bizdə çox ləzzət apardıq. Səhəri günki Marağanın furuzi adına orta məktəbində idik. Şəhərin polis məmurlarından biri dalımca gəldi. Polis idarəsinə gəldiyim zaman. Bir neçə sual cavabdan sonra məlum oldu ki, məni ağa Mirzə Əzizlə bir yerdə Təbrizə göndərmələrin istəyirlər. Bəli bunlar hamısı mənim üçüm bir dünya xatirədir. Ağa Mirzə Əzizin hüzurunda iki nəfər polis məmuru ilə birgə maşına mindikdə mərhum anamı maşının kənarında gördüm ki, ağlayırdı. Mərhum atamda gəlmişdi. Atam şərəfi və qeyrəti üzündən anamın qolundan tutdu və çəkdi və özü ilə apardı. Bizi Təbrizə apardılar. Təqribən İftar vaxtı polis idarəsinə təhvil verdilər. Müxtəsər sorğu-sualdan təkid etdilər ki, Təbrizdə tanışınız varsa gəlib zamın dursun gecə burda qalmayasız. Amma mən qorxdum ki, bu bəhanə ilə mənim Təbrizdə kimlərlə əlaqədə olduğumu bilmək istəyirlər. Xülasə mərhom Dirəxşandan gəlib Mənə və Mirzə Əzizə zamın oldu ki, sabah saaat 8-də gətirsin. Allah ona rəhmət eləsin. Mən də Ağayi Dirəşxanın müsafirxanasına (mehmanxanasına) gəldim. Polis məmurlarını qarşısında şirinçay, pendiir, çörək amma hələ iftar açmamışdılar və ağlayırdılar. Bu uşağı öz əlimizlə gətirib verdik indidə bir yerdə əyləşib iftar edirik. Bilmirəm siz nə düşünürsüz.amma bu gün mənim üçün polis lərin ağlaması üz xidmətimlə hər ikisi eyni səviyyətdə ləzzətlidir.

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com