Həyatı - 4

İmam Hüseyn (ə) adının bərəkəti:
 Bilmirəm İmam Hüseyn (ə) müqəddəs adından o, dəstələr, o günlərdə necə də bərəkətli idilər? O, tarixdən on il sonra 1349-cu ildə şəhər məmurları qərar vermişdilər ki, tasua və aşura günləri Marağa şəhərində fövqəladə vəziyyət hesab olur və şəhər polis və hərbiçilərin nəzarəti altında olmalıdır, amma Məhərrəm ayının 8-ci günü günortadan sonra, yəni tasua gecəsi “cəvanların hüseyiniyyəsi heyəti” Marağa şəhərində elə bir həmasə (inqilabi əhvali ruhiyə) yaratdı ki, şəhərin polis rəisi gecə ilə Tehrana teleqram vurmuşdur ki, “şəhər bütövlükdə ayağa qaldırılmış vəziyyət çox təhlükəlidir” Tehran cavab vermişdir ki, fövqəladə vəziyyət ləğv olsun və xalqın əzdarlıq ən-ənəsinə hərbi və nizami təzyiq mərkəz tərəfindən qadağan olunmuşdur. Buna görə də belə bir həyəcanla dolu həmasəni yaratmaq ki, gecənin yarısına qədər davam edirdi və hətta məmurların neçə nəfəridə yara almışdılar. Amma buna baxmayaraq böyük bir dərs oldu. şəhərlərin çoxunda əzadarlıq və şəhərdə dəstələrlə nümayış etmək yasaq idi ki, bais oldu ki, Pəhləvi hökumətinin sonuna qədər müxalifət etməyə cürət etmədilər və əzadarlıq mərasimi Məhərrəmin 2-dən ta 12-sinə qədər (sübh əsr çağı) və gecə məçidlərdə təkləyərdə və şəhərin küçələrində qeyd olurdu. Əlbəttə bunuda qeyd edim ki, həmin il aşura mərasimlərindən sonra yəni Məhərrəmin on dördü bəndəni cənab doktorla... birlikdə şəhər polisinə çağırdılar, və əgər mərhum Həzrəti Höccətül İslam Vəl Müslümün Ağayi Hacı Seyyid Səaadət müsəvinin böyük nufuza və təsirə malik olan nəfəsi olmasaydı Allah bilir ki, bizim başımıza nələr gətirərdilər. Amma bir sadə sim-cimlə bizi azad etdilər, xuda hafizləşəndə dedilər: sizlə necə rəftar olduğunu ağaya deyərsiz. Bəli bu haqları və təsirləridə unutmaq olmaz Allah şahiddir ki, bu cümlələri Ağanın qaynatam olmasına xatir yazmıram. Mənim Marağalı həmyaşıdlarımda məndən də gözəl bilirlər və təstiq edərlər ki, o Ağanın uca məqamlı şəxsiyyəti, dini xidmətləri, eyni zaman ictimai və mədəni zəhmətləri və əməli əxlaqi bu sözlərdən çox-çox ucadır. Ayətullah Cəfəri demişkən onlar xalqın xüsusilə də Marağa cavanlarının fikiri və əməli pənah yeri idi, özünə məxsus təvəzökarlığı ilə xalqı məscidə, mənbərə, və dini əsaslara cəzb və cəlb etməkdə çox müvəffəqiyyətli bir şəxsiyyət idi və...

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com