Həyatı - 2

Marağa cavanlarının Hüseyniyyəsi:
təhsil illərində yavaş-yavaş irəli gedirdim., ta o vaxta qədər ki, 1338-ci şəmsi ilində (1380-cı ilin Məhərrəm ayının biri) “Cavanlar hüseyniəsinin heyəti” quruldu. Bu heyətin varlığının mənim şəxsi həytımda böyük təsir qoyduğun desəm bəlkədə mətləbin haqqın olduğu kimi əda etməmiş olaram. Bilmirəm əgər Hüseyiniyyə olmasaydı nə olardı və bilmirəm ki, əgər getdiyim yolla getməsəydim sonralar qarşıma nələr çıxardı. Amma hər nə idisə həyatımda çox maraqlı dəyişiklik yaratdı. Belə ki, onunla boya-başa çatdım. Əlhəmdullah ki, o, zaman ünsiyyət bağladığım dostlar çoxu həyatdadırlar. Şahidirlər ki, mənim həyatım bütönlükdə hüseyiniyyə xülasə olmuşdur. O, dərəcədə bağlılığı çoxları sevmir amma mən hüseyiniyyənin varlığına çox ürək bağlanmışdım. Maraqlısı budur ki, üstündən 50 il keçməsinə baxmayaraq hələdə peşiman deyiləm. 1347-cü ildən rəsmi olaraq Təbrizdə işə götürülüb qaldım. Ta 1335-ci ilə qədər ki, ölkənin milli təhlükəsizlik idarəsi tərəfindən (SAVAK) tutulum, istisnasız olaraq bütün bayramlarda vəfatlarda, 2 cümə çıxmaqla cümə günlərində Marağada idim. Həqiqətən cavanların hüseyniyyəsi həyatımın ayrılmaz hissəsi idi. Doğrusu səbəbini hələ bilmirəm. Gərək şükür edəm və deyəmiki: haza min fəzli Rəbbi (bu mənim rəbbimin mənə olan fəzli və kərəmidir ) bina əsasən əgər öz həyatımdan bir şey yazmaq istəsəm gərək o yerdən başlayam. demək Marağanın tarixində zamanın bu hissəsi deyilməmiş qalmışdır. Bunu da bilirəm ki, həm yaşıdlarım o, yer barəsində ya mənim qədər bilmirlər, yada ki, öz qiymətli vaxtlarını bu barədə hədər vermək istəmirlər.

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com