Həyatı - 17

Azərbaycan Respublikasında:
İşlədiyim idarənin məsul əməkdaşları dörd ay müddətində Bakıya səfər etməyimi təklif etdilər, idarənin 1376/8/11 tarixli hökmündə bu cümlə yazılmışdır: 1376/8/12 tarixindən 4 ay müddətində Azərbaycan Respublikasına ezam olursunuz, orada ki, olduğunuz müddətdə işlərinizin gedişatının bəyanatın vermək şərti ilə Nəhayət Azərbaycana gəldim, dey ayını Ömrə Hacci müsafirətində olduğum müddət hesab etməklə dör ay müddətində, 76-cı ilin sonu fərz edib, İsfənd ayının axırıncı günündə İrana qayıtdım bayramdan sonra mərkəzi idarəyə getdim, məlum oldu ki, altı ay müddətində ezamiyyətimi uzatmaq istəyirlər. ailə problemlərimə görə qəbul etmədim, on ay Tehranda qalası oldum, nəhayət dey ayında yenidən bəli deməyə məcbur oldum, 1377-ci ilin bəhmən ayının ikisindən Bakıda qalası oldum. Hal-hazırda Bakıdayam, Bakının, Gəncənin hal-əhvalından hal və digər görməli yerlərdənn, Göy gölün gözəlliklərindən Azərbaycan Respublikasının tarixi yerlərindən və həzrəti həkimə xanımın, (İmam Riza (ə) bacısı ) qəbri haqqında sizə yazmağı çox istəyirdim, Əgər ömür qalsa “Mən gördüyüm Azərbaycan ” kitabında bunların hamısın yazacam. İnşallah, bu arada bir hadısəni sizə danışıram, deyirlər, (sovetlər birliyininin dağılıdığı vaxtlarda ) 1990-cı ildə təbrizlilərdən biri Bakıya gəlib, bir az qalır və qayıdır. Hamımızın bildiyi kimi biz ikimiz (Araz çayının şimalında və cənubunda olanlar) bir millətik, dilimiz və dinimiz birdir , bu üzdən Azərbaycan ölkəsinin Arazın ətəyində olan azərilər üçün xüsusi cazibəsi var. Xüsusi ilə ki, XX əsrin qüdrətli şairi mərhum Seyyid Mühəmməd Hüseyn Şəhriyar Bakı barəsində təkidnən sifariş etmişdir ki, anam Təbriz mənə kəhvarədə söylüyübdü oğlum bil sənin qalmıəş o tayda bir qara telli xalan vardır. Dostlar qohumlar və qonşular, onu görməyə gəlirlər, hal əhval soruşduqdan sonra deyirlər ki: yediklərin nuş canın olsun, gördüklərindən bizim üçün danış, O, deyir vallah nə deyim, Bakı şəhəri, yənə elə bil böyük bir zibil qabı, küçələri və yolları elə bərbad vəziyytdədir ki maşını sıfır km-dən artıq sürətlə sürmək mümkün deyil. Camaatıda hala haram, mundar təmiz, məhrəm naməhrəm (özünki və özgəninki) bilmirlər, buna baxmayaraq qalmaq üçün yaxşı və münasib yerdir, məndə on iki il qabaq o, ağanın, danışdıqların eşidmişdim, amma gərək deyim: həqiqət budur ki, bu gün on səkkiz ildən sonra, keçmişdəki vəziyyətin əksinə olaraq bilinməsi vacib olan şeyləri çox yaxşı bilir, bilmədiklərin isə istəyirlər ki, öyrənsinlər, çoxda tez öyrənirlər, bu üzdən Bakını bu gün gözəl, sevməli və qonaqları cəzb edən bir gül dəstəsinə çevirmişlər, dini və mənəvi mövzularda mütaliə edir və kitab yazırlar, qətiyyətlə demək olar ki: nəmaz qılanlarının sayı o günlərdə ki, iki üç faizdən otuz faizə qədər qalxmışdır. əgər qabaq ki, illərdə 2 faiz pəhriz etmək məqsədi ilə (sağlamlıq üçün) oruc tuturdularsa, bu gün qırx faizdan çoxu oruc tuturlar, hətta çoxlarıda çalışırlar ki, keçmişdəki nəmaz və oruclarının qəzasın yerinə yetirsənlər, bəzi qadınlar və cəvan qızlar, islami hicaba (örtüyə) üz tutmuşlar, hicablı olanların örtüyü tam kamildir İki maraqlı məqamda budur ki: Əvvala bunların hamısını riyakarlıq etmək üçün əncam vermirlər, çünki hələlik bu işlərə təzahür etmək, (riyakarlıq) üçün müştəri yoxdur, iki: dindarlarınında bir çox əksəriyyətin cəvanlar təşkil edir. Yadımdadır 1386-cı ildə həccə müşərrəf olanda, imam Cavad (ə) şəhadəti gecəsi üç nəfər dostla, Ağa Şeyx əmrinin (ərəbistan şiələrinin dissesinti) hüzuruna yetişdik, xüsusi olan görüşdə, Ağanın oğluna ərz etdim ki, Ağaya deyin ki, biz İran vətəndaşıyıq amma hal hazırda Azərbaycan Respublikasında xidmətə məmuruq və oradan gəlmişik. Dedi ki, tanışlıq üçün bu cümləni mən deyərəm, amma Ağa Fərsca bilir özünüz söhbət ediniz, tanışlıqdan sonra çox söhbətlər oldu o, cümlədən Ağa sual etdiki; Azərbaycan əhalisi nə qədərdi? Dedim ki, 8 milyona yaxın əhalisi vardırki, məzhəbi etiqadlarına görə, iyirmi beş, ya otuz faizi sünnü məzhəb yerdən qalan 12 imamçıdırlar (şiə məzhəb) sonra sual etdiki, dövlət başçısı sünnüdür ya şiə ərz etdim ki, şiə olmağa təzahürlüdür hətta atasının göstərişi və öz təkidi ilə imam Kazım (ə) qızı Həzrəti Fatimeyi Suğranın pak məzarını çox gözəl təmir etdirmişdir giriş qapısındada çox gözəl yazılmışdır ki: bu binanın təmir işi, mərhum Heydər Əliyevin rəhbərliyi dövründə başlanmış və İlham Əliyev cənablarının dövründə sona çatmışdır, Allah şahiddir ki, dediklərim Həzrəti Şeyx əmri üçün nə qədər sevinc gətirdi, buyurdu ki, Ağa siz deyin ki ikinci şiə dövlətindən buraya gəlmişik,

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com