Həyatı - 16

İslamı şura məclisinin ilk seçkisi:
islam inqilabından sonra ki, öz çoxdankı arzumuza çatmışdıqq. İslami şura Məclisinin deputat seçkilərində bizim adimız da Marağa şəhərinin 18 nəfərdən ibarət olan namizədlərinin listində var idi. Əlbəttə bir nəfər seçilməli idi, dostların çoxuda camaatın mənə rəy vermələrin güman edirdilər, Allah rəhmət eləsin mərhum Hacı İqbal Təqizadəyə, bizə gəldiyi gecələrin birində 10 min tümən xalçanın altına qoymuşdur. Sonralar bir çox təkidlərdən sonra aydın oldu ki, 5 min tümən özünə, qalanıda əzizim filankəsin... pulu imiş, məsələ sona çatdıqdan sonra 3 ay müddətində həyatda olan bu əzizin pulunu təqdim etdim, amma mərhum Təqizadə çox narahat oldu, hətta bir neçə yava söz də dedi: sən deputadlığa namizəd olmağa hazır deyildin ki, biz sənə zorla qəbul etdirdik, bir az xərcin çıxdı buda mənim payım, o, biri dostumuz barəsində də yava dedi ki, filankəsdə gərək pulun geri almayaydı, bir gün mərhum Təqizadə günorta vaxtı təbliğat məntəqəsinə gəldi, məntəqədə işləyən uşaqları pendir çörək yeyən görüb əsəbləşdi və mənə dedi ki: nədi buda nimeyi şəban gecələridir? Sağlıq olsa sən Millət vəkili olacaqsan, dedim ki: İqbal, Allaha and olsun ki, mənim təsəvvürüm budur ki, həmin işlərin davamıdır, yoxsa boşlayıb öz işimin dalısıyca gedərəm. Sifariş verdi ki, uşaqların hamısı üçün çilo kabab gətirdilər, Allah rəhmət eləsin.

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com