Həyatı - 14

Məhkumluq və həbs olmaq (zindana düşmək):
1355-ci ilin mordad ayında Nimeyi Şəbanın yaxınlaşdığı günlərdə günortadan sonra Marağaya gedirdim, səhər vaxtı idi, idarə işlərimə görə Təbrizə qayıdırdim birinci gün icazə almışdım ki, ta dördüncü günə qədər (İmam Zəman (ə) mövludu gününə qədər) Marağada qalam, amma (55/5/15) birinci günü səhər saat 10-da hüsiniyyənin üzvlərindən olan marağalı 2 nəfərdə sığorta şirkətində idilər, SAVAK məmurları tökülüşdülər onların adı soyadın soruşub tanıdılar və özləri ilə apardılar, sonra mənim iş otağımı alt-üst elədilər, evə getdik (evidə axtardılar). Xoşbəxtlikdən uşaqlarım Marağada idilər, qəziyəsin yuxarıda dediyim çap maşının özləri ilə götürdülər məni də özlöəri ilə apardılar. Maraqlısı bu idiki: 1342-ci ildən yazılan elanlıarı və yazıları ki, sonralar onlardan tarixi sənəd kimi istifadə etmək olardı, o, yazıları mərhum doktor Şəriyətinin çıxaşların, mərhum İmamın əməliyyə risaləsin ki, ilk səhivəsində o həzrətin əksi vardı idi. Vilayəti fəqeh kitabı ilə birgə ki, 1344-cü ildə Tehranda olanda almışdım və başqa bir şəkil ki, 1350-ci ildə mərhum Ayətullah uzamə Seyyid Mösün dünyasın dəyişəndən sonra İranlı hacılara paylanmışdır və mərhum Hacı Yusul Qənnadı da mənim üçün hədiyyə gətirmişdir. Həmçinin başqa kitabalr və öz əliyazmalarımın hamsını bir yerdə gizlətmişdim ki, xoşbəxlikdən məmurlar tapmadılar. Təəssüf olsun ki, bizi götürəndən sonra yoldaşım Marağadan təbrizə qayıdıb bu təssəvürlə ki, birdən yenidən gəlib evui axtara bilərlər. Onların hamısın mərhum Həzrəti Ayətullah Hacı Seyyid Cavad Xətibini evində olan quyuda dəfn eləmişdir. Dördüncü gün (Nimeyi şəbanda) səhər saat 9-dan ta günotradan sonraya qədər məndən sorğu-sual etdilər, dalısıyca altıncı gün 2 saata qədər sorğu-sual uzandı. Sonra bizi Təbriz polisinin zindanına götürdülər, polisin zindanında bildik ki, bizimlə eyni zamanada Mrağada olan əzizlərdən 4 nəfəri tutmuş və Təbrizə gətirmişlər. Yuxarıda 7 nəfərdən 3-nünü məhkum olmadan azad olmalarına işarə etdim, sonralar bizim üçşün danışdılar, həqiqətən əzizlər Marağada Nimeyi Şəban günü axırıncı daşı qoymuşdular belə o ilin proqramı o biri illərdə ki, şənliklərdən yadda qalan olmuşdur. Xüsusən tribunanı bəzəmək üçün əvvəldən hazırlanmış tablo bu şerlə bəzədilmişdir: Bəzmi unsi ma nədarəd bu hüzuri u səfai eydi ma rəngi əza darəd çera məhdi nəyaməd onun hüzuru olmadığına görə biizm məclisimizin səfası yoxdur bizim bayramımızın əza rəngi var, nə üçün Mehdi gəlmədi, bu bir sətir cavanlar tərəfindən bu iki sətir Nimeyi şəban günün də oxunmaq üçün məşq olunan nəğmənin bir hissəsi idi ki, çox gözəl oxunmuş, belə ki, məclis iştirakçıların çoxunda ağlatmışdır, həmyerlilərdə bir-birinə deyirmişlər ki, doğrundamı bunların bayramı özünə əza rəngi götürdü, buda deyilməlidi ki, mənim ittihamnaməmdə yazılmışdı ki: adı qeyd olan şəxs çıxışlarını çoxunda yazılarında və cavanlar hüsniyyəsində icra olan nümayişlərdə (toplantılarda) ölkəni bəni üməyyə və bəni əbbas xəlifələrinin dövrü ilə müqayisə etmişdir, onun fəaliyyətlərini dövlətə müxalif olan rühanilərin (xumeynin ) xeyrinə olması dəqiqdır.

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com