Həyatı - 12

Təbrizdə olan müəllimlərim:
Yuxarıda qeyd etdiyim kimi, cümə günlərində, bayramlarda və vəfat günlərində Marağaya gedirdim, amma öyrənməyidə heç vaxt unutmaq istəmirdim, Təbrizdə hamıdan çox Quran müəllimi və böyük alim. Xətib Hacı Seyyid Hüseyn Kuhənmuidən bəhrələndim, eyni zamanda mərhum Həzrəti Ayətullah Hacı Mirzə Cəfər İşraqi, mərhum Həzrəti Ayəttullah Hacı Seyyid Cavad Xətibi, mərhum Həzrəti Hacı Mirzə Nəsrullah, Şəbustəri Həzrəti Ayəttullah hacı Mirzə İmam Əlirzanın hüzurlarına yetişib faydalandım, əlkbəttə bu, o mənaya deyil ki, o, böyük şəxsiyyətlərin tələbəsi olmaqla iftixar etdim. Çox təəssüf olsun ki, belə bir iftixar mənə nəsib olmadı. Bəlkə öz gücüm və qüdrətim çatan qədər o, giramılərin elm xırmanından sünbül dərdim, yoxsa mən hara tələbə olmaq səadətinə nail olmaq hara? Ərz etdim ki, dini tələbə olmağa olan şiddətli sevgimə baxmayaraq hər hansı bir səbəbə əsasən mərhum atam məsləhət bilmədi, məndə onun əmrinə itaət etdim.

geri ------ mündəricat ------ irəli


Copyright © 2010 seyyidparpanchi.com