Marağa

Marağa İranın Şərqi Azərbaycan ostanında bir şəhərdir. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. 2006 - cı ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 149,929 nəfərdir . Orta əsrlərdə Marağa Elxanilər dövlətinin paytaxtı idi. Sonralar İranın tərkibində ikən paytaxt statusunu əldə etməsə də siyasi, iqtisadi, ictimai və mədəni baxımıdan böyük rol oynamışdır. XVIII əsrdə şəhər Marağa xanlığının mərkəzi idi. Marağa Nəsirəddin Tusinin yaşayıb yaradan yeri idi. Burada onun məşhur rəsədxanası yerləşir. Mərağə hətta mərmər hasilatı ilə tanınır.

 


Copyright © 2010 seyyidparpanchi.com