اَللّهُمَّ اَرنِي الطـَّلعَة َالرَّشیدَة َوَالغُرَّة َالحَمیدَة

Gəl eşit neydən şikayət eyləyir       Ayrılıqlardan hekayət eyləyir


Baxış

 

 Abdullah ibn Abbasdan nəql olunub vida həccindən sonra İslam peyğəmbəri Kəbə evinin qapısının halqasından tutaraq buyurdu: Axaır zamanda baş verən hadisələrdən xəbər verməyimi istəyirsinizmi? Dedik: Bəli. Ya Rəsulallah. Buyurdu: O zamanın əlamətləri belədir. İnsanlar namazı yüngül sayarlar, nəfslərinin tabeçiliyində olarlar. Batil qərarlara daha meyilli olarlar. Pullulara çox hörmət olunar. İnsanlar dini dünya malına satarlar. Belə zamanda mömin insanlar daha çox əzabda olarlar!! Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq? Buyurdu: Bəli. O zaman münkər məruf qəlibində(pis və yaramaz əməllər gözəllik paltarında), məruf münkər qəlibində görünər. Yalançı təsdiqlənər, düz danışan təhqir olunar!! Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq? Buyurdu: Bəli. O zaman ... bu günün dünyasında demək olar Salman Farsi və habelə başqa səhabələrin inana bildikləri buyuruqlar öz əksinin tapıb və demək olar necə də yaramaz bir şəkildə öz əksini tapıb. Belə ki, əgər bu yaramaz və insanlığın şənindən olmayan işlərin "İyirminci əsrin cahilliyi" adlandırsaq çox da haqsız söz olmaz! Gəlin bu sözlərdən incimək əvəzinə elə bu axşam "kütləvi informasiya vasitələrindən" izləsək dünya səviyyəsində səbəbsiz sürətlə, habelə sərxoş vəziyyətdə və bərabər halda yol gedib hadisə yaradan nəqliyyat vasitəsi sahiblərinin nələrin baş verməsinə səbəb olduğunu görər və eşidərik. Dünya bazarına daxil olan müxtəlif növ narkotiklər necə də minlərlə cavanın canının şirəsini əlindən aldılar? Elə gün yoxdur ki, dünyanın dörd bir tərəfində bomba partlamasın və yüzlərlə uşaq və böyüyün əziz canlarını divanə insanların istəyinə qurban verməsinlər.!! və ... İndi isə belə bir dünyada daha da aydınlaşır ki, hansı səbəbə görə peyğəmbərimiz qeybət zamanında yaşayan müsəlmanlara tapşırıq verirmişlər ki, çalışın Mehdi Sahibəzzaman əleyhissalamın zühurunun intizarını çəkənlərdən olasınız. Belə ki, buyurur: O Həzrətin intizarında olanların savabı İslam peyğəmbərinin hüzurunda cihada gedənlərdən daha çoxdur. Niyə? Çünki, intizarda yaşayan müsəlman sadalanan yaramaz işlərdən özünü qorumalıdır. Mehdi Sahibəzzamanın zühurunun intizarında yaşayan hər müsəlman özündə o ləyaqəti yaratmağa çalışacaq ki, Həzrətin şiəsi olmağa çıxarı olsun. İntizar nə deməkdir? İntizar insanın çalışıb öz içərisində müəyyən dəyişiklik yaratmalı və həqiqi mənada müsəlman olmalı olduğudur. Özünə sevmədiyini özgələrinə də rəva bilməməlidir. İmamın(ə) intizarını çəkən müsəlman pis və yaramaz işlərdən uzaqlaşıb, ürəyini paklığa çıxardıqdan sonra öz vücudunda intizar olmağa hazırlıq yaratmağa çalışar. Danışığı, baxışı, ürəyində olan arzuları hamısı intizara layiq hərəkətlər olmalıdır. O, bilər ki, Allah taala bədənində olan bütün üzvlərin məsuliyyət daşıdığını buyurub: "Qulaq, göz, ürək bunların hamısı sorğu-suala tutulacaqdır." ("Əl-İsra" surəsi, 36-cı ayə) Bəs: Bizlər ki, şiə olaraq gözlədiyimiz var, biz ağamızın intizarında yaşayırıq. Bizə vəd verilib ki, ağamız gəlməlidir. İndi isə fikirləşək əgər sabah səhər açılanda ağamız zühur etsə hansı hazırlıqlar olmalıdır ki, o Həzrətin üzünə baxa bilək. Belə ki, o Həzrətin dost və köməkçilərindən olaq. Elə isə həmin intizarın məsuliyyətini qəbul edib özümüzdə müəyyən hazırlıq aparmağımız gərəkdir. İnşallah.

 


Copyright © 2010 seyyidparpanchi.com